“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək
Futbol
- 07 dekabr, 2022
- 12:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Turan Tovuz” klubu qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Premyer Liqa təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, komanda 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.
Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar. Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ bəlli deyil.
Qeyd edək ki, Premyer Liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.
Son xəbərlər
16:29
Foto
Kamandan oxatma üzrə Superkubok yarışı keçirilib
Fərdi
16:21
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
Xarici siyasət
16:19
Belçika Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət
16:09
Foto
Azərbaycan karateçiləri dünya çempionatını 5 medalla başa vurublar
Fərdi
15:56
"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Region
15:45
Ərdoğan: Qardaşım İlham Əliyevə kədər və sevincdə hər zaman bir olduğumuzu çatdırıram
Xarici siyasət
15:37
Foto
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Hərbi
15:31
Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Xarici siyasət
15:20
Fransada etiraz aksiyaları zamanı 1800-dən çox şəxs saxlanılıb - yenilənib
Digər ölkələr