Tokio-2020: Futbol yarışlarının püşkü atıldı

Tokio-2020: Futbol yarışlarının püşkü atıldı Almaniya və Braziliya seçmələri isə D qrupunda qərarlaşıb
Futbol
21 Aprel , 2021 12:39
Tokio-2020: Futbol yarışlarının püşkü atıldı

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında futbol yarışlarının püşkü atılıb.

"Report"un məlumatına görə, kişilərin mübarizəsində turnirin iddialı komandalarından İspaniya Argentina ilə birlikdə C qrupuna düşüb.

Almaniya və Braziliya seçmələri isə D qrupunda qərarlaşıb.

Kişilər

A qrupu: Yaponiya, Cənubi Afrika Respublikası, Meksika, Fransa

B qrupu: Yeni Zelandiya, Cənubi Koreya, Honduras, Rumıniya

C qrupu: Misir, İspaniya, Argentina, Avstraliya

D qrupu: Braziliya, Almaniya, Kot d İvuar, Səudiyyə Ərəbistanı

Qadınlar

E qrupu: Yaponiya, Kanada, Böyük Britaniya, Çili

F qrupu: Çin, Braziliya, Zambiya, Niderland

G qrupu: İsveç, ABŞ, Avstraliya, Yeni Zelandiya

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi