"Sele"nin baş məşqçisi: "Sabah"la cavab matçına çox yaxşı hazırlaşmışıq"
- 16 iyul, 2025
- 16:32
Sloveniyanın "Sele" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah"la cavab matçına çox yaxşı hazırlaşıb.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Albert Riera oyundan öncə mətbuat konfransında deyib.
O, mövsümə qələbə ilə başlamağın vacib olduğunu vurğulayıb:
"İlk matçdan sonra belə bir hiss yarandı ki, biz fasilələrlə çox həssasıq. Buna görə də hazırlıqda oyunun bu seqmentinə daha çox diqqət yetirdik. Probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsinizsə, bu, problem deyil, sadəcə, bir çağırışdır. Mövsümə qələbə ilə başlamaq vacib idi. Psixoloji cəhətdən üstünlük qazandıq. Cavab matçına da çox yaxşı hazırlaşmışıq".
Qeyd edək ki, "Sele" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.