“Səbail” serbiyalı futbolçunun keçidini rəsmiləşdirib
Futbol
- 11 fevral, 2023
- 16:10
“Səbail” Macarıstanın “Uypeşt” klubunun futbolçusu Matiya Lyuyiçin keçidini rəsmiləşdirib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.
“Səbail” 30 yaşlı pleymeykerə qədər qış fasiləsində heyətini David Qomislə gücləndirib, Adil Nağıyevi isə icarədən qaytarıb.
Qeyd edək ki, Serbiyada “Teleoptik” klubunun yetirməsi olan Matiya Lyuyiç karyerası ərzində “Partizan”, “Mladost”, “Jalgiris” (Litva), “Vellinqton Feniks” (Yeni Zelandiya), “Belenenseş” (Portuqaliya, “Qanqvun” (Cəbubi Koreya), “Bney Yehuda” və Hayfa “Hapoel”inin (hər ikisi İsrail) formasını geyinib.
Son xəbərlər
07:25
ABŞ-nin İrandakı səfirliyi amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb
Digər ölkələr07:13
ABŞ Sakit Okeanda narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib
Digər ölkələr06:47
Yaponiyada güclü qar nəticəsində ölənlərin sayı 42-yə çatıb
Digər ölkələr06:32
Fici sahillərində 5,2 maqnitudada zəlzələ olub
Digər ölkələr06:06
Mask: ABŞ innovasiya olmadan Çini yüksək texnologiyalarda keçə bilməz
Digər ölkələr05:53
Rubio ABŞ-nin Milli Arxivinin müdiri vəzifəsinin səlahiyyətlərini təhvil verib
Digər ölkələr05:28
Mikelancelonun eskizi 27,2 milyon dollara satılıb
İncəsənət05:13
Rumıniyanın müdafiə naziri: "Dron divarı" ideyası utopiyadır
Digər ölkələr04:48