"Səbail" klubu futbolçusu Qoba Zakpanın üç oyunluq cəzalandırılması ilə bağlı AFFA İntizam Komitəsinin qərarına etiraz edəcək.
Bu barədə "Report"a "dənizçilər"in mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadova məlumat verib.
O, hazırda bütün fikir və diqqətlərinin Premyer Liqanın sonuncu turunda "Şamaxı" ilə matça yönəldiyini söyləyib: "Bu qarşılaşma bizim üçün çox vacibdir. Baş məşqçi, futbolçular və klub rəhbərliyi bununla bağlı açıqlama verməyəcək. İntizam Komitəsinin qərarına hörmətlə yanaşırıq. Lakin oyunçumuzun dediyi sözlərin arxasında dayanaraq qarşılaşmadan sonra apellyasiya şikayəti verməyi planlaşdırırıq".
Qeyd edək ki, AFFA İntizam Komitəsi Qoba Zakpanı "Turan Tovuz"la görüşdə (2:2) qeyri-etik hərəkət etdiyi üçün cəzalandırıb, kluba isə 1600 manat cərimə tətbiq olunub.