“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb

Futbol
  • 04 yanvar, 2025
  • 16:32
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının sabiq üzvü ilə "6 ay + 1 il" müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nımme Yunayted” klubunda çıxış edib.

Son xəbərlər

Bütün Xəbər Lenti