"Sabah" Premyer Liqada 300-cü qolunu vurub
Futbol
- 10 noyabr, 2025
- 09:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" Premyer Liqada 300-cü qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qoluna İqor Noqeyra imza atıb.
O, Misli Premyer Liqasının XI turunun "Kəpəz"lə səfər görüşündə (3:1) komandasının sonuncu topunun müəllifi olub. "Sabah" yüksək dəstədəki 222-ci matçında 300-ə çatıb. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində buna nail olan 15-ci komandadır. Bakı klubu evdə 158, səfərdə 142 dəfə fərqlənib.
Qeyd edək ki, "Sabah" ilk qolunu 2018-ci il avqustun 12-də "Keşlə" ilə səfər matçında imza atıb – 1:0. Həmin qolun müəllifi Marko Deviç olub.
Son xəbərlər
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol
01:49
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb
Digər ölkələr
01:28
İspaniyanın nəqliyyat naziri Toledodakı qatar faciəsindən sonra istefa verib
Digər ölkələr
01:20
Vuçiç: "Tələbə siyahısı" hərəkatının məqsədi Serbiyanın ənənəvi dəyərlərini ləğv etməkdir
Digər ölkələr