"Roma"nın futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

Futbol
  • 14 avqust, 2024
  • 12:55
Romanın futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

İtaliyanın "Roma" klubunun hücumçusu Paulo Dibala karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində "Əl-Kadisiya" maraqlıdır.

Asiyalılar onunla 3 illik müqavilə imzalamağı düşünür. Futbolçunun alacağı məvacib və müqavilənin digər şərtləri razılaşdırılıb.

Qeyd edək ki, Paulo Dibalanın Romanın eyniadlı klubu ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

44 - Tezliklə