Renat Dadaşovun komanda yoldaşı yoxa çıxıb
Futbol
- 12 avqust, 2024
- 19:26
Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün futbolçusu Renaldo Sefas yoxa çıxıb.
"Report" qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, məşqlərə qatılmayan yamaykalı hücumçu ötən gün I tur çərçivəsində qarşılaşdıqları "Şanlıurfaspor" oyununun iştirak ərizəsində yer almasına baxmayaraq stadiona gəlməyib.
Paytaxt təmsilçisinin baş məşqçisi Cihat Arslan baş verənləri təsdiqləyərək futbolçunun harada olmasından xəbərsiz olduqlarını bildirib.
Qeyd edək ki, dünən I Liqanın ilk turunda "Şanlıurfaspor"la üz-üzə gələn "Ankaragücü" 2:0 hesabı ilə qələbə qazanıb. Yığmamızın üzvü Renat Dadaşov 67-ci dəqiqədə oyuna daxil olub və 9 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb.
Son xəbərlər
04:47
"Spiegel": Almaniya Şimali İraqdakı hərbi kontingentini azaldır
Digər ölkələr04:44
İzmirdə 28 qanunsuz miqrant saxlanılıb
Region04:35
Fərid Cəfərov: Azərbaycan beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınır
Xarici siyasət04:02
"JPost": İsraildə avtomobilin partlaması nəticəsində bir nəfər ölüb
Digər ölkələr03:41
Foto
Azərbaycan BMT-də mədəniyyətlərarası dialoqun təşviqi mövzusunda müzakirə təşkil edib
Xarici siyasət03:09
"Bloomberg": "SpaceX" ilkin kütləvi yerləşdirməyə hazırlıq üçün xarici bankları cəlb edib
Biznes02:46
Video
"Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət02:23
"Mançester Siti" İngiltərə Liqa Kubokunun finalında "Arsenal" ilə qarşılaşacaq
Futbol01:55