İspaniyanın "Real" komandasının əsas futbolçularından hesab edilən Vinisius Junior zədəsini tam sağaldıb.
"Report" xəbər verir ki, 23 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabından paylaşım edib.
Braziliyalı oyunçu komanda ilə məşqlərə qatıldığını bildirib və "mən hazıram" yazıb.
Qeyd edək ki, Vinisius Junior avqustun 25-də La Liqanın III turunda "Selta"ya 1:0 hesabı ilə qalib gəldikləri görüşdə sıradan çıxmışdı.