Qurban Qurbanov: Oyuna tam istədiyimiz kimi nəzarət edə bilmədik

Qurban Qurbanov: Oyuna tam istədiyimiz kimi nəzarət edə bilmədik Çox istəkli komandaya qarşı oynadıq. Bəlkə də tam istədiyimiz kimi matça nəzarət edə bilmədik. Futbolçuları təbrik edirəm. Azarkeşlər üçün də yaxşı görüş oldu. Stadionda yaxşı ab-hava var idi.
Futbol
3 Mart , 2024 21:25
Qurban Qurbanov: Oyuna tam istədiyimiz kimi nəzarət edə bilmədik

Çox istəkli komandaya qarşı oynadıq. Bəlkə də tam istədiyimiz kimi matça nəzarət edə bilmədik. Futbolçuları təbrik edirəm. Azarkeşlər üçün də yaxşı görüş oldu. Stadionda yaxşı ab-hava var idi.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXV turunun oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis iki qolu son dəqiqələrdə əks-hücumlardan vurduqlarını xatırladıb: "Rəqibin itirəcəyi bir şeyi olmadığı üçün son dəqiqələrdə irəli atılmışdı. Çempionatda xal fərqi 23 olsa da, futbolçu ritmdən düşməli deyil. Hansısa oyunçunun praktikasının azalmasını da istəmərəm. Potensiallı gənclərə növbəti qarşılaşmalarda şans verə bilərəm".

Təcrübəli baş məşqçi rəqib azarkeşlərə təşəkkür edib və "Neftçi"yə hər zaman hörmətinin olduğunu söyləyib.

Qurbanov növbəti matçlara da daha ciddi şəkildə hazırlaşacaqlarını sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi