Qurban Qurbanov: Çox vacib matça çıxacağıq

Qurban Qurbanov: Çox vacib matça çıxacağıq Çox vacib matça çıxacağıq. Rəqib təcrübəyə malikdir.
Futbol
5 Avqust , 2024 17:50
Qurban Qurbanov: Çox vacib matça çıxacağıq

Çox vacib matça çıxacağıq. Rəqib təcrübəyə malikdir.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçuların hazır olduğunu bildirib: "Əvvəlki oyunlara nisbətən istədiyimiz kimi hazırlaşmamışıq. Buna baxmayaraq görüşün vacib olduğunu bilirik. Həmişəki kimi azarkeşlərin baxımlı oyun izləməsini istəyirik. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Rəqibin əvvəlki qarşılaşmalarındakı nəticələrinə baxmırıq. Onlar bizi aldatmalı deyil".

Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi