UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimindən əvvəl "Qarabağ"ın potensial rəqiblərinin sayında azalma baş verib.
Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, III təsnifat mərhələsində Kipr AEL-ini üstələyəcəyi təqdirdə, Azərbaycan təmsilçisi 4 cütdən birinin rəqibi ilə görüşəcək.
Ağdam komandası səpələnmişlər səbətində yer alacaq, rəqib isə səpələnməmişlər sırasından düşəcək. Onların arasında II təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırmış Serbiya "Çukariçki"si də var:
MOİK (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)
"Pakuş de Fereyra" (Bolqarıstan) - "Larn" (Şimali İrlandiya)
"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)
"Çukariçki" (Serbiya) - "Hammarbü" (İsveç)
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkü avqustun 2-də atılacaq. "Qarabağ" III təsnifat mərhələsində Kipr AEL-i ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab görüşünü avqustun 12-də evdə keçirəcək.