İngiltərə Premyer Liqasında 2027/2028 mövsümünün başlanğıc və bitmə tarixləri açıqlanıb

Futbol
  • 20 noyabr, 2026
  • 08:51
İngiltərə Premyer Liqasında 2027/2028 mövsümünün başlanğıc və bitmə tarixləri açıqlanıb

İngiltərə Premyer Liqasında 2027/2028 mövsümünün başlanğıc və bitmə tarixlərini təsdiqlənib.

"Report"un xəbərinə görə, bu barədə turnirin rəsmi saytında məlumat verilib.

İngiltərə Premyer Liqasının yeni mövsümü 13 avqust 2027-ci ildə başlayacaq, son tur isə 21 may 2028-ci ildə keçiriləcək.

İki mövsüm arasındakı fasilə tam 75 gün olacaq. Çempionat UEFA Çempionlar Liqasının finalından bir həftə əvvəl başa çatacaq.

Mövsümün 33 tur həftəsonları, daha beş tur isə həftənin ortasında oynanılacaq.

Bundan əlavə, Milad və Yeni il tətillərində oyunlar arasındakı fasilə ən azı 60 saat olacaq. Bu qərar liqanın qışda oyunçuların iş yükünü azaltmaq üçün klublara verdiyi öhdəliyə uyğundur.

44 filmi