Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib

Xarici siyasət
  • 20 noyabr, 2026
  • 08:03
Prezident İlham Əliyev Hanoyda İnqilab şəhidləri abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət edib.

"Report"un Vyetnama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.