"Anthropic" ticarətin pik həddində bazar dəyərinə görə "SpaceX"i geridə qoyub
- 20 noyabr, 2026
- 07:36
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin "Anthropic" texnologiya şirkəti səhmlərinin ilkin kütləvi təklifindən sonra ilk ticarət günündə bazar dəyərinə görə "SpaceX"i müvəqqəti geridə qoyub. Şirkətin təxmini bazar dəyəri 2,07 trilyon dollara çatıb.
"Report" xəbər verir ki, bunun birja ticarətinin məlumatları əks etdirir.
Bakı vaxtı ilə noyabrın 19-da saat 20:48-ə olan məlumata görə, "Anthropic"in səhmləri yerləşdirmə qiyməti ilə müqayisədə 38,55 % bahalaşaraq, hər səhm üçün 115 dollara çatıb.
"The Wall Street Journal" qəzetinin qiymətləndirməsinə görə, əlavə qiymətli kağızların potensial emissiyası nəzərə alınmaqla, "Anthropic"in səhmlərinin ümumi sayı təxminən 18 milyard təşkil edə bilər.
Bu qiymətləndirmə əsasında ticarətin pik həddində "Anthropic" bazar dəyərinə görə dünyanın ən böyük şirkətləri arasında altıncı yeri tutaraq iyunda birjaya daxil olan "SpaceX"i geridə qoyub. Həmin vaxt "SpaceX"in analoji göstəricisi 1,99 trilyon dollar təşkil edib.
Lakin ticarət sessiyasının sonunda "Anthropic"in səhmlərinin qiyməti 97,17 dollara qədər geriləyib. Bu isə ilkin yerləşdirmə qiymətindən 17,07 % yüksək olub.
Nəticədə "Anthropic"in təxmini bazar dəyəri 1,749 trilyon dollara, "SpaceX"in bazar dəyəri isə 1,965 trilyon dollara çatıb.