"Qarabağ"ın legioneri: "Motivasiyamız yüksəkdir"

"Qarabağ"ın legioneri: "Motivasiyamız yüksəkdir" Motivasiyamız yüksəkdir.
Futbol
23 Oktyabr , 2024 13:56
Qarabağın legioneri: Motivasiyamız yüksəkdir
Marko Yankoviç

Motivasiyamız yüksəkdir.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Monteneqrolu futbolçu sabah böyük və məşhur kluba qarşı oynayacaqlarını bildirib:

"Motivasiya yüksəkdir. Hər birimiz yaxşı nəticə əldə etmək niyyətindəyik".

Yankoviç rəqibin güclü olduğunu bildirib:

"Futbolun gözəlliyi ondadır ki, hər hansı bir nəticə qeydə alına bilər. Keçmişdəki matçlar göstərir ki, istənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik. Sabah qalib gələ və ya məğlub da ola bilərik".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi