London. 14 dekabr. REPORT.AZ/ “Avrokuboklardakı son matçımızda özümüzü yaxşı tərəfdən göstərmək istəyirdik. Böyük kluba qarşı oynadığımızı bilirdik. Çox çətin idi. Səviyyə fərqi özünü göstərdi. Rəqibin öz istəklərinə çata bilməməsi üçün kompakt oynamağa çalışırdıq. Təəssüf ki, bir qol buraxdıq”.
Bunu “Report”un London bürosuna “Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının VI turunda İngiltərədə “Arsenal”a 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib. 30 yaşlı müdafiəçi bir neçə qol imkanı yarada bildiklərini söyləyib: “Gələn dəfə böyük komandalara qarşı oynayanda çalışacayıq ki, daha sərt mübarizə aparaq. Bu gün bəzi şeylərin çatışmadığı hiss olunurdu. Lakin bir-iki qol imkanı yarada bildik”.
Medvedev matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin separatçı “
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi
Aytən ABBASLI