"Qarabağ"ın Avropa Liqasındakı rəqibi futbolçusu ilə müqavilə müddətini artırıb

Futbol
  • 02 sentyabr, 2024
  • 15:06
Qarabağın Avropa Liqasındakı rəqibi futbolçusu ilə müqavilə müddətini artırıb

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Elfsborq" (İsveç) futbolçusu Cəlal Abdullai ilə müqavilə müddətini artırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı hücumçu 2028-ci ilə qədər Buros təmsilçisinin şərəfini qoruyacaq.

"Sarı-qaralar"ın heyətində 36 oyun keçirən C.Abdullai 12 qola imza atıb.

Qeyd edək ki, "Qarabağ" "Elfsborq" ilə 2025-ci il, yanvar 23-də səfərdə qarşılaşacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti