"Qarabağ" növbəti transferini açıqlayıb

"Qarabağ" növbəti transferini açıqlayıb "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
26 Yanvar , 2023 22:39
Qarabağ növbəti transferini açıqlayıb

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.

"Köhlən atlar" 29 yaşlı hücumameylli yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.

Əlcəzair millisinin sabiq üzvü ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", "Hatayspor" və Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib. O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi