"Qalatasaray" Türkiyə Superliqasının qalibi olub

"Qalatasaray" Türkiyə Superliqasının qalibi olub Futbol üzrə Türkiyə Superliqasının qalibi müəyyənləşib.
Futbol
26 May , 2024 22:00
Qalatasaray Türkiyə Superliqasının qalibi olub

Futbol üzrə Türkiyə Superliqasının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, sonuncu – XXXVIII turun həlledici qarşılaşması "Qalatasaray" və "Konyaspor" komandaları arasında oynanılıb.

Konya səfərində 3:1 hesablı qələbə qazanan İstanbul təmsilçisi xallarının sayını 102-yə çatdıraraq Superliqanın çempionu adını qazanıb.

"Sarı-qırmızılar"ın məğlubiyyətini gözləyən "Fənərbağça" isə paralel keçirilən görüşdə doğma meydanda autsayder "İstanbulspor"u qəbul edib. İsmail Kartalın yetirmələri rəqibini 6 cavabsız qolla məğlub edərək xal ehtiyatını 99-a yüksəldib. Əzəli rəqibi "Qalatasaray" "Konyaspor"la görüşdən qalib ayrıldığı üçün "sarı-lacıvərdlilər" cari mövsüm gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, ümumilikdə 24-cü dəfə Türkiyə çempionu adını qazanan Okan Burukun rəhbərlik etdiyi komanda, bu nəticə ilə bütün rəqiblərini qabaqlayır. "Qalatasaray"ın çempionluq sayında ən yaxın izləyicisi 19 dəfə bu uğura imza atan "Fənərbağça" klubudur.

Son xəbərlər

Orphus sistemi