PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir"

PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir" "Messi komandada qalmaq istəyir".
Futbol
9 Dekabr , 2022 00:54
PSJ-nin prezidenti: Messi komandada qalmaq istəyir

"Messi komandada qalmaq istəyir".

"Report"un məlumatına görə, bunu Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlaifi "Sky Sports"a Argentina millisinin futbolçusu Lionel Messinin klubdakı gələcəyi barədə danışarkən deyib.

Qətərli iş adamı bildirib ki, 35 yaşlı hücumçu Paris təmsilçisində xoşbəxtdir: "Bunu Messinin yığmanın heyətində dünya çempionatındakı çıxışından da görmək olar. Futbolçu narazı olanda, millidəki oyunu da alınmır. Cari mövsüm bizim üçün əla keçir. Leo çoxlu qol və məhsuldar ötürmə ilə yadda qalır. Ona görə də qərara aldıq ki, mundialdan sonra oturub yeni müqavilə məsələsini müzakirə edək. Hər iki tərəf bu əməkdaşlıqdan şaddır".

Qeyd edək ki, Lionel Messinin PSJ ilə sözləşməsi 2023-cü ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi