PSJ Kilian Mbappeyə olan borcunun bir hissəsini ödəyib

Futbol
  • 20 fevral, 2026
  • 11:51
PSJ Kilian Mbappeyə olan borcunun bir hissəsini ödəyib

Fransa təmsilçisi PSJ sabiq hücumçusu, hazırda İspaniyanın "Real" klubunda çıxış edən Kilian Mbappeyə olan borcunun bir hissəsini ödəyib.

"Report" "L'Equipe"ə istinadən xəbər verir ki, buna baxmayaraq, tərəflər arasında mübahisə hələ də tam həll olunmayıb.

Paris təmsilçisi ulduz futbolçuya qalan 6 milyon avro borcun 4 milyonunu ödəyib. 2025-ci ilin dekabrında Paris əmək məhkəməsi PSJ-nin futbolçuya ümumilikdə 60,9 milyon avro (maaş, bonuslar və məzuniyyət pulları daxil olmaqla) ödəməsi barədə qərar çıxarıb.

Mbappeyə 55 milyon avroluq əsas hissə və məhkəmənin müdaxiləsindən sonra daha 4 milyon avro ödənilib. Beləliklə, klubun futbolçuya hələ də 2 milyon avro borcu qalıb.

PSJ rəhbərliyi bütün məbləğin ödənildiyini iddia etsə də, prosesə yaxın mənbələr bunu təkzib edir. Bundan əlavə, klub Mbappe ilə bağlı məhkəmə qərarının tam mətninin bir ay ərzində rəsmi saytında dərc olunması tələbindən imtina etmək istəyir. Tərəflər arasında danışıqlar davam edir, lakin borc tam bağlanmayacağı təqdirdə, Paris klubu yenidən məhkəməyə verilə bilər.

Qeyd edək ki, 27 yaşlı fransalı hücumçu cari mövsümdə La Liqa təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 32 oyunda 38 qola və 6 məhsuldar ötürməyə imza atıb.

Son xəbərlər

Bütün Xəbər Lenti