Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
1 Oktyabr , 2022 17:16
Premyer Liqa: Zirə səfərdə Turan Tovuza qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahibləri açıb. 26-cı dəqiqədə Natan Oduva fərqlənib. "Zirə"nin qollarını 33-cü dəqiqədə Coşqun Diniyev, 40-cı və 47-ci dəqiqələrdə Hamidu Keyta vurub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "qartallar" 5-ci pilləyə yüksəlib. Tovuz klubu 10 xalla 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Turun açılış oyununda "Qəbələ" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi