Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Futbol
17 Avqust , 2024 22:30
Premyer Liqa: Sumqayıt Səbailə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Səbail"i qəbul edib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Meydan sahiblərində 87-ci dəqiqədə Kamran Quliyev, qonaqlarda 89-cu dəqiqədə Süleyman Alluş fərqlənib. 90+2-ci dəqiqədə Roy Kehat "Sumqayıt"ın qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran "kimyaçılar" 4-cü pillədə qərarlaşıb. Bakı klubu isə 1 xalla doqquzuncudur.

Günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi