Premyer Liqa: 4 penaltinin vurulduğu oyunda “Qarabağ” “Səbail”ə qalib gəlib

Premyer Liqa: 4 penaltinin vurulduğu oyunda “Qarabağ” “Səbail”ə qalib gəlib Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Futbol
3 Fevral , 2024 17:03
Premyer Liqa: 4 penaltinin vurulduğu oyunda “Qarabağ” “Səbail”ə qalib gəlib

Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

“Report”un məlumatına görə, açılış oyununda son çempion “Qarabağ” meydana çıxıb.

Ağdam təmsilçisi “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 14-cü dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirib. 59-cu dəqiqədə baş hakim Cavid Cəlilov meydan sahiblərinin qapısına növbəti 11 metrlik zərbə təyin edib. Bu dəfə Yassin Benzia qapıçı ilə dueldən qalib ayrılıb.

66-cı dəqiqədə Maksim Medvedev top uğrunda mübarizə zamanı rəqibi əllə vurduğu üçün həm qırmızı vərəqə alıb, həm də rəqibə penalti hədiyyə edib. Pedro Nuno dəqiq zərbə ilə fərqi minimuma endirib.

Maraqlıdır ki, 90+6-cı dəqiqədə matçda 4-cü dəfə penalti təyin edilib. Qonaqlar fərqi artırmaq imkanı qazanıblar. Lakin Toral Bayramov bu dəfə "çərçivə"ni dəqiq nişan ala bilməyib.

Beləliklə, 2:1 hesablı qələbə qazanan lider “Qarabağ” xallarının sayını 50-yə çatdırıb. Beşinci pillədəki “Səbail” isə 27 xalda qalıb.

Qeyd edək ki, turun “Sabah” – “Turan Tovuz” oyunu bu gün, digər matçlar isə fevralın 4-5-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi