PFL Azərbaycan Premyer Liqasının oyununun vaxtını xəbərsiz dəyişib

PFL Azərbaycan Premyer Liqasının oyununun vaxtını xəbərsiz dəyişib Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək "Sabah" - "Keşlə" matçının başlama saatı dəyişdirilib
Futbol
606
27 Noyabr , 2021 16:34
PFL Azərbaycan Premyer Liqasının oyununun vaxtını xəbərsiz dəyişib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək "Sabah" - "Keşlə" matçının başlama saatı dəyişdirilib.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

Daha əvvəl matçın startı 16:00-da planlaşdırılsa da, görüş bir saat əvvəl başlayıb. Abbasov dəyişikliyin texniki səbəbdən baş verdiyini söyləyib. O, qarşılaşmanın günü dəyişmədiyi üçün əlavə məlumat vermədiklərini sözlərinə əlavə edib. PFL rəsmisi proqram mətnində və turun əks olunduğu hissədə dəyişikliklərin edildiyini və daha əvvəl də belə praktikanın yaşandığını diqqətə çatdırıb.

Meydan sahibi "Sabah"ın mətbuat katibi Elnur Həmidov isə bildirib ki, vaxt dəyişikliyində klubun heç bir rolu olmayıb.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və "Sabah" 2:1 hesabı ilə öndədir.

Son xəbərlər

Orphus sistemi