Patrik Andrade: “Sabah”la “Partizan” arasında maraqlı oyun olacaq”

Patrik Andrade: “Sabah”la “Partizan” arasında maraqlı oyun olacaq” “Sabah”la “Partizan” arasında maraqlı oyun olacaq”.
Futbol
7 avqust 2023 09:10
Patrik Andrade: “Sabah”la “Partizan” arasında maraqlı oyun olacaq”

“Sabah”la “Partizan” arasında maraqlı oyun olacaq”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın futbolçusu Patrik Andrade sabiq komandası “Partizan”ın (Serbiya) UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la keçirəcəyi oyun barədə danışarkən deyib.

Kabo-verdeli yarımmüdafiəçi Azərbaycan Premyer Liqasındakı rəqibləri barədə müsbət fikirlər səsləndirib: “Sabah” son illər sürətlə inkişaf edən komandadır, yaxşı oyun nümayiş etdirir. Əminəm ki, azarkeşlər yaxşı mübarizəyə şahidlik edəcəklər”.

30 yaşlı orta sahə oyunçusu “Partizan”ın düşərgəsinə baş çəkməyi planlaşdırır: “Partizan”da yaxşı dostlarım var. Bakıda olduqları zaman vaxtım olsa, onlarla görüşməyə gedəcəyəm”.

Qeyd edək ki, avqustun 10-da “Bank Respublika Arena”da “Sabah”la “Partizan” arasında keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq. Patrik Andrade 2022/2023 mövsümündə Serbiya klubunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi