“Olimpiya”nın baş məşqçisi “Neftçi” ilə oyunda 41 qol buraxmaqlarının səbəblərini açıqlayıb

“Olimpiya”nın baş məşqçisi “Neftçi” ilə oyunda 41 qol buraxmaqlarının səbəblərini açıqlayıb Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən “Olimpiya”nın (Ağcabədi) baş məşqçisi Mahir Bağırlı, ölkə çempionatının XV turunda “Neftçi”yə 0:41 hesablı məğlubiyyət barədə danışıb.
Futbol
23 Aprel , 2024 13:14
“Olimpiya”nın baş məşqçisi “Neftçi” ilə oyunda 41 qol buraxmaqlarının səbəblərini açıqlayıb

Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən “Olimpiya”nın (Ağcabədi) baş məşqçisi Mahir Bağırlı XV turda “Neftçi”yə 0:41 hesabı ilə məğlubiyyətin səbəblərini açıqlayıb.

Mütəxəssis “Report”a açıqlamasında "Neftçi"nin ölkənin ən güclü klublardan biri olduğunu söyləyib: “Rəqibimizin heyətində yer alan futbolçuların əksəriyyəti Azərbaycan millisində çıxış edirlər. Bizim komanda isə bu mövsüm ölkə çempionatında debüt edir. Böyükhesablı məğlubiyyətin səbəblərinə gəlincə, havanın isti olması, zədəli oyunçularımızın çoxluğu və əsas qapıçımızın klubdan getməsi vəziyyəti bu həddə çatdırdı. Mövsümün əvvəlində komandaya cəlb etdiyimiz oyunçulardan 8-i artıq bizimlə deyil. Heyətlə bağlı problemlərimiz var”.

O, “Neftçi” ilə aralarındakı fərqlərdən danışıb: “Komandamızda çıxış edən qızlar 16-18 yaş aralığındadırlar. Rəqibin heyətində isə 25-30 yaş aralığında peşəkar futbolçular yer alıb. Onlar müəyyən maaş müqabilində oynayırlar. Biz isə komandanı səfərə aparmağa çətinlik çəkirik”.

M.Bağırlı yeni mövsümdən etibarən heyətə daha güclü futbolçular cəlb edəcəklərini və iddialı komanda formalaşdırmaq istədiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi