Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub İlk "10-luğ"u Antuan Qrizmann qapayır
Futbol
13 Dekabr , 2022 09:10
Növbəti Qızıl top mükafatı üçün əsas namizədlər bəlli olub

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub.

"Report" xəbər verir ki, "Goal" nəşrinin ilkin proqnozuna əsasən, birinci pillədə Fransa PSJ-sində çıxış edən Argentina millisinin futbolçusu Lionel Messi qərarlaşıb.

Onun Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe ikinci, İngiltərə "Mançester Siti"sindən Erlinq Holann üçüncü sıradadır.

İlk "10-luğ"u İspaniyanın "Atletiko" (Madrid) komandasında çıxış edən Antuan Qrizman qapayır.

1. Lionel Messi (PSJ, Fransa)

2. Kilian Mbappe (PSJ, Fransa)

3. Erlinq Holann ("Mançester Siti", İngiltərə)

4. Neymar (PSJ, Fransa)

5. Robert Levandovski ("Barselona", İspaniya)

6. Vinisius Junior ("Real Madrid", İspaniya)

7. Kevin De Brüyne ("Mançester Siti", İngiltərə)

8. Məhəmməd Salah ("Liverpul", İngiltərə)

9. Xviça Kvaratsxeliya ("Napoli", İtaliya)

10. Antuan Qrizman ("Atletiko", İspaniya)

Qeyd edək ki, "Qızıl top" mükafatını 2022-ci ildə "Real Madrid"in və Fransa millisinin hücumçusu Kərim Benzema qazanıb.

Son xəbərlər

Orphus sistemi