Niderland millisinin sabiq futbolçusu oyun zamanı huşunu itirib
Futbol
- 30 oktyabr, 2023
- 06:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderland millisinin sabiq futbolçusu Bas Dost “Neymegen”in heyətində ölkə çempionatının X turunda “Alkmar”la keçirilən oyun zamanı huşunu itirib.
“Report” xəbər verir ki, 34 yaşlı hücumçu qarşılaşmanın son dəqiqələrində heç bir müdaxilə olmadan yerə yıxılıb və onda qıcolmalar yaranıb.
Dərhal həkimlər tərəfindən müayinə olunan forvard xərəkdə meydandan çıxarılaraq xəstəxanaya aparılıb. Bundan sonra hakimlər və komandalar matçın başa çatdırılmamasını qərara alıblar. Futbolçunun səhhətinin yaxşı olduğu açıqlanıb.
Qeyd edək ki, oyun dayandırılarkən “Neymegen” hesabda 2:1 öndə olub. Matçda hesabı açan Bas Dost ikinci qolun məhsuldar ötürməsini verib.
Son xəbərlər
21:12
CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir
Digər ölkələr
21:06
Foto
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Daxili siyasət
20:56
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib
Futbol
20:55
Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb
Region
20:49
Foto
Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
Futbol
20:45
Foto
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
20:27
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib
Region
20:25
Dronlar Omskdakı "Ozon" logistika mərkəzinə hücum edib
Region
20:14
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
Fərdi