"Neftçi"nin müdafiəçisi Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib
Futbol
- 03 noyabr, 2025
- 12:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Elvin Bədəlov Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neftçi"nin müdafiəçisinin yubileyi Misli Premyer Liqasının X turuna təsadüf edib.
30 yaşlı futbolçu "Kəpəz"lə ev görüşündə (5:1) forma geyinib.
O, Premyer Liqadakı 200 matçda 3 qola imza atıb. Elvinin debütü 2013/2014 mövsümündə "Neftçi"də gerçəkləşib. O, "ağ-qaralar"ın heyətində 51 (1 qol), "Sumqayıt"da 149 (2 qol) oyun keçirib.
Bədəlov turnirin tarixində 200 və daha çox matça çıxan 157-ci futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur.
Filip Ozobiç də "200"ü mövsümün gedişində arxada qoyub.
Son xəbərlər
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr
03:40
Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib
Digər ölkələr
03:03
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr