"Neftçi"nin sabiq futbolçusu: Komandanın avrokuboklara vəsiqə qazana bilməməsi gözlənilməz oldu

"Neftçi"nin sabiq futbolçusu: Komandanın avrokuboklara vəsiqə qazana bilməməsi gözlənilməz oldu "Neftçi"nin avrokuboklara vəsiqə qazanmaması mənim üçün gözlənilməz oldu.
Futbol
29 May , 2024 17:00
Neftçinin sabiq futbolçusu: Komandanın avrokuboklara vəsiqə qazana bilməməsi gözlənilməz oldu

"Neftçi"nin avrokuboklara vəsiqə qazanmaması mənim üçün gözlənilməz oldu.

Bunu "Report"a açıqlamasında "ağ-qaralar"ın sabiq futbolçusu Səməd Qurbanov deyib.

Hazırda AFFA İcraiyyə Komitəsinin üzvü olan 70 yaşlı veteran oyunçu avrokuboklarda Azərbaycanı təmsil edəcək komandalara uğurlar arzulayıb: "Digərləri də bizim klublardır. Azərbaycanı təmsil edəcəklər. Onlara uğurlar arzulayıram".

S.Qurbanov "Neftçi"də baş məşqçi Miodraq Bojoviçin istefaya göndərilməsinə də toxunub: "Mən yerli mütəxəssisin olmasının tərəfdarıyam. Kim gələcəksə, yaxşı nəticələr qazansın və yerli oyunçulara çox şans versin. Yəqin ki, Bojoviç "günahların hamısı məndə deyil" fikrini səsləndirəndə futbolçuları nəzərdə tutub. Onlar meydanda döyüşməli idilər".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasıda 5-ci yeri tutaraq avrokuboklardan kənarda qalıb.

Son xəbərlər

Orphus sistemi