“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım” “Neftçi”də çıxış edərkən baş məşqçi ilə problem yaşadığım üçün komandadan ayrıldım”.
Futbol
1 Dekabr , 2022 11:25
“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

“Neftçi”də çıxış edərkən baş məşqçi ilə problem yaşadığım üçün komandadan ayrıldım”.

“Report”un məlumatına görə, bunu 2006-2009-cu illərdə Azərbaycanda “Neftçi”nin formasını geyinmiş Bolqarıstan millisinin sabiq futbolçusu Svetoslav Petrov “blitz.bg”a müsahibəsində deyib.

Hazırda ölkəsində “Septemvri” klubunun baş məşqçisi kimi fəaliyyət göstərən 44 yaşlı mütəxəssis 2006-cı ilin yanvarında Sofiya “Lokomotiv”indən transfer olunduğu “Neftçi”də çətinliklə üzləşdiyini bildirib: “Lokomotiv”dən ayrıldıqdan sonra “Neftçi” ilə 3 illik müqavilə imzaladım və Azərbaycanda çıxış etdim. Birinci ilin ardından baş məşqçi ilə problemim oldu və məni Çinin “Çançun Yatay” klubuna göndərdilər. Çində çempion olduqdan sonra bir il də orada qalmaq istədim. Amma “Neftçi”də artıq baş məşqçi dəyişmişdi və məndən qayıtmağımı istədilər”.

Qeyd edək ki, 2006-2007-ci illərdə “Neftçi”yə hazırda “Qarabağ”ı çalışdıran Qurban Qurbanov rəhbərlik edib. 2007-ci ilin yanvarında “Çançun Yatay”a keçən Svetoslav Petrov bir il sonra Azərbaycana qayıdıb və 2008-2009 mövsümünün axırına qədər “ağ-qaralar”ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi