"Neftçi"nin rəqibi daha bir futbolçu transfer edib
Futbol
- 24 iyun, 2022
- 11:48
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yeni futbolçu transfer edib.
"Report"un məlumatına görə, Limasson klubu slovakiyalı yarımmüdafiəçi Yulius Syokeni heyətinə qatıb. 27 yaşlı oyunçu ilə müqavilənin müddəti bəlli deyil.
Syoke ötən mövsüm İsrailin "Hapoel" (Kiryat Şmona) komandasının heyətində 14 görüşə çıxıb. O, Belarusun "Şaxtyor" (Soliqorsk) klubunda 4 il (2018 - 2021) forma geyinib, 6 qol vurub.
Daha əvvəl "Aris" İspaniya "Marbelya"sının hücumçusu Karlos Espositonu transfer edib. 18 yaşlı ispaniyalı hücumçu ilə də imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.
Son xəbərlər
02:39
Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz
Region02:08
Foto
Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB
Region01:53
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
Region01:29
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
Digər ölkələr00:54
Foto
Video
Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə00:42
Tramp: ABŞ tezliklə Hörmüz boğazını öz ərazisi elan edə bilər
Digər ölkələr00:15
ABŞ sanksiyaları Kubaya təzyiq göstərməyin əsası kimi nəzərdən keçirir
Digər ölkələr23:57
Nardaranda ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - YENİLƏNİB
Hadisə23:51