Azər Salahlı: "Bütün görüntülər göz önündədir"

Azər Salahlı: "Bütün görüntülər göz önündədir" "Bütün görüntülər göz qabağındadır, artıq nəsə danışmağa ehtiyac belə yoxdur".
Futbol
14 Fevral , 2022 17:15
Azər Salahlı: Bütün görüntülər göz önündədir
Azər Salahlı

"Bütün görüntülər göz qabağındadır, artıq nə isə danışmağa ehtiyac belə yoxdur".

Bunu "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Azər Salahlı "Sabah"a səfərdə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda rəqib yarımmüdafiəçi Aleksey İsayevin Eddi İsrafilovu vurması ilə bağlı danışarkən deyib.

28 yaşlı müdafiəçi ikinci yarının əvvəlində özünün iştirak etdiyi mübahisəli epizod barədə fikirlərini bölüşüb: "Həmin anda qolumu bədənimə maksimum birləşdirmişdim. Zərbə anında refleks oldu və qolu təbii vəziyyəti orada olmalı idi. Hansısa komanda məğlub olanda dərhal mübahisəli epizodlar xatırlanır. Bu da normal haldır".

Salahlı qarşılaşmanın ilk hissəsində sönük təsir bağışladıqlarını söyləyib: "Buna görə hesabda geri düşdük. Amma ikinci yarı tam fərqli oldu. İstədiyimiz oyunu nümayiş etdirdik və qələbə qazanan tərəf olduq. Baş məşqçi Samir Abasov da fasilədə bizə motivasiya verdi, hər birimizə inandığını söylədi".

Son xəbərlər

Orphus sistemi