Milan Obradoviç: "Onlar tam hazır olmadıqları üçün milliyə çağırılmadılar"

Milan Obradoviç: "Onlar tam hazır olmadıqları üçün milliyə çağırılmadılar" 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Doğukan Öksüz və Hüseyn Seyliğliyə dəvət göndərməməsinin səbəbini açıqlayıb.
Futbol
27 Avqust , 2020 16:21
Milan Obradoviç: Onlar tam hazır olmadıqları üçün milliyə çağırılmadılar
Milan Obradoviç

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Doğukan Öksüz və Hüseyn Seyliğliyə dəvət göndərməməsinin səbəbini açıqlayıb.

Serbiyalı mütəxəssis "Report"a açıqlamasında türkiyəli oyunçuların fiziki baxımdan tam hazır olmadıqları üçün Avropa çempionatının seçmə mərhələsinin Fransa ilə oyununa çağırılmadığını söyləyib.

43 yaşlı baş məşqçi bildirib ki, qarşıdakı matçlarda sözügedən futbolçuların xidmətindən yararlanacaq: "Fransa millisinin futbolçuları fiziki baxımdan çox hazırlıqlıdırlar. Onlar pandemiya dövründə öz klublarının heyətində Çempionlar Liqası və Avropa Liqasında mübarizə aparıblar. Bu matça yaxşı hazırlaşıblar. Bu səbəbdən biz də ən yaşı formada olan oyunçularla başlamaq istədik. Hüseyn və Doğukan öz komandalarında hazırlığa gec start veriblər. Düşündük ki, onlar Fransa ilə matça 100 faiz hazır ola bilməyəcəklər. Amma növbəti matçlarda həmin futbolçuları milliyə dəvət edəcəyik. Çünki bizim vacib oyunçulardır".

Qeyd edək ki, sentyabrıb 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa oyunu saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi