Mert Çelik: “Karyeramdakı ilklərdə ən böyük pay sahibi olan “Neftçi” ilə vidalaşmaq zamanıdır”

Mert Çelik: “Karyeramdakı ilklərdə ən böyük pay sahibi olan “Neftçi” ilə vidalaşmaq zamanıdır” “Karyeramdakı ilklərdə ən böyük pay sahibi olan “Neftçi” ilə vidalaşmaq zamanıdır”.
Futbol
24 iyun 2023 09:28
Mert Çelik: “Karyeramdakı ilklərdə ən böyük pay sahibi olan “Neftçi” ilə vidalaşmaq zamanıdır”

“Karyeramdakı ilklərdə ən böyük pay sahibi olan “Neftçi” ilə vidalaşmaq zamanıdır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mert Çelik sosial şəbəkə hesabı vasitəsilə yazıb.

2020-2023-cü illərdə icarə əsasında “Neftçi”nin formasını geyinən 23 yaşlı müdafiəçi burada keçirdiyi illəri unutmayacağını bildirib: “Azərbaycanda çempionluq, avrokuboklarda oynamaq, əsas milliyə dəvət kimi ilkləri yaşadım. Gözəl dostluqlar qazandığım bütün komanda yoldaşlarıma, Bakıda özümü evimdəki kimi hiss etdirən klubun əməkdaşlarına, hər zaman yanımızda olduqlarını göstərən “Neftçi” azarkeşlərinə çox təşəkkür edirəm”.

Qeyd edək ki, müqavilə ilə Türkiyənin “Başakşehir” klubuna məxsus olan Mert Çelik bu ölkənin I Liqa təmsilçisi “Bandırmaspor”a icarəyə verilib.

Son xəbərlər

Orphus sistemi