"Marsel"in futbolçusu: "Qarabağ"la oyunda da xarakter göstərəcəyik"
Futbol
- 14 fevral, 2022
- 08:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu matçda xarakter göstərdik, ümid edirəm ki, növbəti matçlarda da davamı gələcək".
"Report"un məlumatına görə, bunu Franssanın "Marsel" klubunun futbolçusu Sedrik Bakambu "Mets"i səfərdə 2:1 hesabı ilə məğlub etdikləri Liqa 1-in XXIV tur qarşılaşmasından sonra deyib.
31 yaşlı hücumçu görüşün çətin keçdiyini söyləyib: "Vacib olan 3 xalı qazandıq. Komandanın reaksiyasından məmnunam".
Matçda "Marsel"in ilk qolunu 26-cı dəqiqədə Sedrik Bakambu vurub.
Qeyd edək ki, "Marsel" növbəti oyununu fevralın 17-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək. UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşü Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab matçı isə fevralın 24-də Bakıda olacaq.
Son xəbərlər
06:34
Qızılın qiyməti 3 550 dollardan aşağı düşüb - Yenilənib-2
Maliyyə
06:14
Yeni Kaledoniya sahillərində zəlzələ olub
Digər ölkələr
05:57
"Nikkei"in indeksi 4,5 %-dən çox ucuzlaşıb
Maliyyə
05:09
Foto
Prezident İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib
Xarici siyasət
04:38
PSJ bir sıra futbolçularla müqavilələri uzatmağı planlaşdırır
Futbol
04:24
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
Digər ölkələr
03:45
Genuya hava limanı PUA-lara görə işini dayandırıb
Digər ölkələr
03:22
Bəqai: ABŞ-nin Tehranın bioloji silah hazırlaması iddiası bəhanəsi məqsədi daşıyır
Region
02:36
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsində nasazlıq üç gündür davam edir
Digər ölkələr