Markinyos Çempionlar Liqasında Roberto Karlosun rekordunu yeniləyib
Futbol
- 07 may, 2026
- 13:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ klubunun braziliyalı futbolçusu Markinyos UEFA Çempionlar Liqasında həmyerlisi Roberto Karlosun rekordunu qırıb.
"Report"un məlumatına görə, müdafiəçi buna Almaniyada "Bavariya" ilə heç-heçə etdikləri (1:1) yarımfinal mərhələsinin cavab oyununda iştirak etməklə nail olub.
Təcrübəli oyunçu qitənin bir nömrəli klub turnirində ən çox matça çıxan braziliyalı futbolçu ünvanına sahib çıxıb.
Münhen təmsilçisi ilə duel Markinyosun 121-ci qarşılaşması kimi tarixə düşüb. R.Karlos UEFA Çempionlar Liqasında 120 görüşdə iştirak edib.
Xatırladaq ki, ilk görüşdə "Bavariya"nı 5:4 hesabı ilə üstələyən PSJ finalda İngiltərə təmsilçisi "Arsenal"a rəqib olub. Jəlledici görüş mayın 30-da Budapeştdə baş tutacaq.
Son xəbərlər
11:18
Foto
FHN Gəncədə texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
Daxili siyasət
11:16
Ağdamlı şəhid anası: Dövlətimizin əldə etdiyi uğurlar bizə övlad acısını unutdurur
Qarabağ
11:14
"Rəqəmsal Maliyyə Mərkəzi"nə direktor təyin edilib
Maliyyə
11:11
Fərdi jurnalist, çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib
Media
11:11
Foto
"Maverick" agentliyi İstanbulda 8 mükafata layiq görülüb, "İlin Agentliyi" seçilib
Media
11:10
"Real" Niko Pası 80 milyon avroya heyətinə qaytarmaq niyyətindədir
Futbol
11:08
"Azərkosmos": "Azersky-2" peykini orbitə öz mühəndislərimizin buraxmasını istəyirik
İKT
11:03
Foto
Azərbaycanın turizm imkanları Yunanıstanda tanıdılıb
Turizm
10:53
"LANDAU Lions"un üzvü Orelik Gediminas: "Məğlubiyyətin əsas səbəbi zədəli oyunçuların olmasıdır"
Komanda