İngiltərənin "Mançester Yunayted" klubu Portuqaliya təmsilçisi "Porto"nun və İspaniya millisinin hücumçusu Samu Omorodionu transfer etmək istəyir.
"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, Mançester təmsilçisinin skautları Portuqaliya çempionatının XVI turunda "Porto" və "Boavişta" (4:0) arasında keçirilən matçda dubla imza atan 20 yaşlı futbolçunu stadiondan izləyiblər.
İspaniyalı futbolçu ötən yay "Atletiko" klubundan "Porto"ya transfer olunub və müddəti 2029-cu ilədək olan müqavilə imzalayıb. Hücumçunun "əjdahalar"la müqaviləsində 100 milyon avro məbləğində təzminat maddəsi var.
Qeyd edək ki, ispaniyalı futbolçu cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 21 matçda 18 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Həmçinin S.Omorodion AVRO-2025-in seçmə mərhələsində İspaniyanın U-21 millisinin heyətində dörd matçda eyni sayda qol vurub.