"Mançester Yunayted" "Bayer 04"də çıxış edən dünya çempionunu transfer etmək istəyir

"Mançester Yunayted" "Bayer 04"də çıxış edən dünya çempionunu transfer etmək istəyir Esekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər
Futbol
24 fevral 2024 07:19
Mançester Yunayted Bayer 04də çıxış edən dünya çempionunu transfer etmək istəyir

Almaniyanın "Bayer 04" klubunun futbolçusu Esekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər.

"Report" "All Transfer"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

"Qırmızı şeytanlar" argentinalı oyunçu üçün "Aston Villa" və "Nyukasl" ilə mübarizə aparacaq.

Qeyd edək ki, Esekiel Palasios cari mövsüm bütün turnirlərdə 22 matçda iştirak edib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Palasios 2022-ci ildə Argentina millisinin heyətində Qətərdə keçirilən dünya çempionatının qalibi olub.

Xatırladaq ki, "Bayer 04" Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi