“Mançester Siti”nin yeni transferi futbol tarixinin ən bahalı müdafiəçisi olub
Futbol
- 02 avqust, 2023
- 12:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin “Mançester Siti” klubunun yeni transferi Yoşko Qvardiol futbol tarixinin ən bahalı müdafiəçisi olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiya millisinin üzvü Almaniya “Leyptsiq”ini “şəhərlilər”ə dəyişib.
21 yaşlı mərkəz müdafiəçisinin keçidi Premyer Liqa təmsilçisinə 90 milyon avroya başa gəlib. Razılığa əsasən, komandalar arasında yoxlama görüşü keçiriləcək və bunun sayəsində “Leyptsiq” daha 1,5 milyon avro qazana biləcək. “Mançester Siti” yeni transferini tezliklə təqdim edəcək.
Qeyd edək ki, Yoşko Qvardiol “Leyptsiq”ə 2021-ci ildə 18 milyon avro müqabilində Xorvatiya klubu “Dinamo”dan (Zaqreb) keçib.
Son xəbərlər
14:30
İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq üçün dövlət orqanı yaradacaq
Digər ölkələr
14:18
Azərbaycan Özbəkistanla maliyyə risklərinin idarə edilməsini müzakirə edib
Maliyyə
14:18
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
14:16
Polşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb
Digər ölkələr
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
Fərdi
14:07
Foto
Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib - Yenilənib
Qarabağ
14:00
İspaniyada barıt zavodunda partlayış olub, xəsarət alanlar var
Digər ölkələr
14:00
"Mançester Yunayted" qışda Dominik Kalvert-Lyuini heyətinə qatmağa çalılşacaq
Futbol
13:59
Gürcüstanla Azərbaycan sərhədin delimitasiyası prosesini sürətləndirmək barədə razılığa gəlib
Region