Macarıstanın ən titullu klubunun prezidenti azərbaycanlıdır - FOTO

Macarıstanın ən titullu klubunun prezidenti azərbaycanlıdır - FOTO Tarixində 31-ci dəfə çempionluğunu rəsmiləşdirən Macarıstanın Ferentsvaroş klubunun prezidenti əslən azərbaycanlı Qabor Qubadovdur.
Futbol
1098
17 İyun , 2020 11:02
Macarıstanın ən titullu klubunun prezidenti azərbaycanlıdır - FOTO

Tarixində 31-ci dəfə çempionluğunu rəsmiləşdirən Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti əslən azərbaycanlı Qabor Qubadovdur. 

"Report"un məlumatına görə, Qubadov Azərbaycanın Naxçıvan bölgəsindəndir, ailəsi ötən əsrdə Macarıstana köçüb. O, 2006-cı ildən Macarıstan Milli Məclisinin deputatıdır.

Atası azərbaycanlı, anası isə macar olan Qubadov orta təhsilini Peşterjebetdə alıb. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb.

54 yaşlı funksioner 2008-ci ildə keçirilmiş referendumda və 2009-cu il Macar Avropa Parlamenti seçkilərində fəal iştirak edib. 2006-cı ildən Macarıstan parlamentinin üzvü olan siyasətçi bu il Macarıstanın 10 ən görkəmli şəxsindən biri seçilib. Ailəlidir, Emma, Marsel və Oliviya adında 3 övladı var.

"Ferentsvaroş" Macarıstanın ən titullu klubu sayılır. Ləqəbi "yaşıl qartallar" olan komanda çempionluqlardan əlavə, 23 dəfə ölkə kubokunu qazanıb və 1974/1975 mövsümündə Avropa Kuboklar Kubokunun finalçısı olub. Həlledici görüşdə bu klub Kiyev "Dinamo"suna uduzub - 0:3. "Yaşıl-ağlar"ın hazırkı baş məşqçisi məhz ukraynalı Sergey Rebrovdur. 

1899-cu ildə yaranan "Ferentsvaroş" ev oyunlarını 22 min azarkeş tutumuna malik “Qroupama Arena”da keçirir. Stadion məhz 2011-ci il fevralın 15-də klub prezident seçilən Qubadovun dövründə - 2013-cü ildə tikilib. Paytaxt təmsilçisi 2006-cı ildə ölkənin ən yaxşı klubu seçilib. 

"Ferentsvaroş" bu mövsüm sona 3 tur qalmış qızıl medalları təmin edərək, Çempionlar Liqasına vəsiqə qazanıb və Azərbaycan Premyer Liqasının qalibi üçün potensial rəqib olub. 

Son xəbərlər

Orphus sistemi