KİV: “Tottenhem” Keyn üçün istədiyi məbləği açıqlayıb

KİV: “Tottenhem” Keyn üçün istədiyi məbləği açıqlayıb “Tottenhem” hücumçu Harri Keyn ilə yeni müqavilə bağlamaq və onun “mahmızlar”ın düşərgəsini azad agent kimi tərk etməsinin qarşısını almaq üçün əlindən gələni edir.
Futbol
21 Mart , 2023 05:39
KİV: “Tottenhem” Keyn üçün istədiyi məbləği açıqlayıb

“Tottenhem” hücumçu Harri Keyn ilə yeni müqavilə bağlamaq və onun “mahmızlar”ın düşərgəsini azad agent kimi tərk etməsinin qarşısını almaq üçün əlindən gələni edir.

“Report” xəbər verir ki, bu barədə “Times” nəşri yazıb.

Futbolçunun müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bildirilib ki, 29 yaşlı Keyn komandanın baş məşqçisi Antonio Konte ilə bağlı qeyri-müəyyənlik ab-havasından, eləcə də kubokların olmamasından bezib və daha iddialı bir layihəyə keçmək istəyir. Hücumçu vəziyyəti dəyişmək qərarına gəlsə, onu saxlamaq mümkün olmayacağını anlayan klub rəhbərliyi, xüsusən də birbaşa rəqib potensial alıcı kimi çıxış edərsə, heç olmasa, futbolçunun istedadından qazanmağa çalışır. “Mançester Yunayted” və ya hər hansı digər Britaniya klubu heç bir möhlət və ya şərt olmadan azı 100 milyon funt sterlinq (114 milyon avro) əvvəlcədən ödəməli olacaq.

Qeyd edək ki, Harri Keyn 2011-ci ildən (306 matç, 203 qol) gənc yaşdakı kiçik icarə dönəmləri istisna olmaqla, demək olar ki, davamlı olaraq “Tottenhem”də forma geyinir.

Son xəbərlər

Orphus sistemi