"Karvan-Yevlax"ın baş məşqçisi: "Futbolçularımız "Turan Tovuz"la matçda lazımi qədər güc sərf etdilər"

Futbol
  • 09 fevral, 2026
  • 21:10
Karvan-Yevlaxın baş məşqçisi: Futbolçularımız Turan Tovuzla matçda lazımi qədər güc sərf etdilər

"Karvan-Yevlax"ın futbolçuları "Turan Tovuz"la matçda lazımi qədər güc sərf ediblər.

"Report" xəbər verir ki, bunu Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.

O məğlub olduqları oyunu şərh edib:

"Turan Tovuz" yaxşı komandadır. Rəqibin oyun üslubunu təhlil etmişdik. Necə müdafiə olunduqlarını və hücumlara çıxdıqlarını əvvəlcədən müəyyənləşdirmişdik. Futbolçularımız meydanda lazımi qədər güc sərf etdilər. Bu cür çıxışlarla uğurlu nəticələrə ümid etmək olar. Lakin müəyyən qədər də üstün oynamalıyıq. Qarşıdakı oyunlarda daha səmərəli çıxış etmək üçün üzərimizdə işləməyə davam edəcəyik. Qarşılaşma zamanı bir epizodda müdafiəçimizə qarşı açıq ayaqla müdaxilə oldu və həmin vəziyyətin daha diqqətlə qiymətləndirilə biləcəyini düşünürəm. Bununla belə, mümkündür ki, hakimlər bu epizodu fərqli şəkildə dəyərləndiriblər. "Turan Tovuz"un qazandığı qələbəyə kölgə salmaq fikrində deyiləm və rəqibi uğurlu nəticə münasibətilə təbrik edirəm".

Qeyd edək ki, "Turan Tovuz" - "Karvan Yevlax" oyunu Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.