İtaliya klubunda gərginlik: Baş məşqçi və idman direktoru arasında münaqişə yaranıb
Futbol
- 07 yanvar, 2026
- 19:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Roma" klubunda daxili vəziyyət gərginləşib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Can Pyero Qasperini ilə idman direktoru Frederik Massara arasında fikir ayrılığı yaranıb.
Münaqişə İtaliya çempionatının XIX turunda, "Roma"nın "Leççe" üzərində 2:0 hesablı qələbə qazandığı matçda yaranıb.
Məlum hadisədən sonra Qasperini oyunsonrası mətbuat konfransına qatılmayıb.
Məlumata görə, baş məşqçinin bu addımı klub rəhbərliyi ilə aralarındakı münasibətlərdəki gərginliklə bağlıdır. Problemin həlli üçün tərəflər arasında görüş keçiriləcək.
Qeyd edək ki, "Roma" A Seriyasında 36 xalla turnir cədvəlinin beşinci sırasında yer alıb.
Son xəbərlər
12:21
Zəngilanda 86 vətəndaş stomatoloji müayinədən keçirilib
Digər
12:20
Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxıb
Futbol
12:17
Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib
Hadisə
12:14
İtaliya və Azərbaycanın Afrikada birgə xammal layihələri ilə bağlı planları açıqlanıb
Biznes
12:08
Foto
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
Xarici siyasət
12:06
Azərbaycanda ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması ilə bağlı təlimlərə başlanılıb
İKT
12:04
İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi"
Fərdi
12:01
İtaliya YDM-lərdə yanacağın qiyməti ilə bağlı qərarına görə SOCAR-a təşəkkür edib
Energetika
11:54
Azərbaycan Premyer Liqası: Cari mövsüm bir turda ilk dəfə meydan sahibləri qələbəsiz qalıb
Futbol