Taleh Kazımov: "AMB banklararası bazarda iştirakını azaltmağa nail olub"

Maliyyə
  • 29 oktyabr, 2026
  • 11:30
Taleh Kazımov: AMB banklararası bazarda iştirakını azaltmağa nail olub

Azərbaycan Mərkəzi Bankı (AMB) banklararası bazarda iştirakını azaltmağa nail olub.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun əsas istinad indeksi AZIR-dir: "Hədəf AZIR indeksinin səviyyəsini siyasət faiz dərəcəsinə mümkün qədər yaxınlaşdırmaqdır. Ötən il pul siyasətimizi daha da təkmilləşdirdik və faiz dərəcəsini aşağı saldıq. Bunu likvidliyi nəzərə alaraq banklararası bazarı daha da aktivləşdirmək və AMB-nin həmin bazarda iştirakını azaltmaq məqsədilə etdik. Buna nail olduq. Banklararası bazarda aktivlik artıb. Hazırda əlavə tədbirlərin görülməsini nəzərdən keçirmirik. Alətlər arsenalımızdan istifadə edərək likvidliyi istədiyimiz səviyyədə saxlayır və faiz dərəcələrinin hədəflədiyimiz səviyyədə formalaşmasına çalışırıq".