“İmişli” doğma meydanda heç-heçə edib

Futbol
  • 16 may, 2025
  • 19:50
“İmişli” doğma meydanda heç-heçə edib

Heydər Əliyev adına İmişli şəhər stadionunda futbol üzrə Azərbaycan I Liqasında 2024/2025 mövsümünün XXVI turunun oyununda “İmişli” “Baku Sporting” klubu ilə üz-üzə gəlib.

"Report"un Muğan bürosunun məlumatına görə, oyun öncəsi çıxış edən rəsmilər ölkədə idmanın inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində ölkədə güclü idman infrastrukturu formalaşıb. Bu siyasətin həm paytaxtda, həm də regionlarda idmanın inkişafına geniş imkanlar açdığı bildirilib.

Azarkeş dəstəyi və yüksək idman əhvali-ruhiyyəsi ilə yaddaqalan oyun 0:0 hesabı ilə bitib.

Xatırladaq ki, “İmişli” 2024/25 mövsümündə Azərbaycan I Liqasında uğurlu çıxış edərək Misli Premyer Liqasına vəsiqə qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti