İlham Əliyev: "Dəfələrlə Olimpiya Oyunlarında bizə qarşı olan ədalətsizliklə rastlaşmışam"

İlham Əliyev: "Dəfələrlə Olimpiya Oyunlarında bizə qarşı olan ədalətsizliklə rastlaşmışam" “Futbol və idman siyasətdən ayrı olmalıdır. Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünki idmanı siyasiləşdirmək, idmandan siyasi alət kimi istifadə etmək, idman nailiyyətlərini siyasi müstəviyə keçirmək cəhdləri
Futbol
13 Dekabr , 2021 14:35
İlham Əliyev: Dəfələrlə Olimpiya Oyunlarında bizə qarşı olan ədalətsizliklə rastlaşmışam
İlham Əliyev

“Futbol və idman siyasətdən ayrı olmalıdır. Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünki idmanı siyasiləşdirmək, idmandan siyasi alət kimi istifadə etmək, idman nailiyyətlərini siyasi müstəviyə keçirmək cəhdləri kifayət qədər çox olub”.

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.

“Mən artıq 24 ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu illər ərzində dəfələrlə beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında bizə qarşı olan ədalətsizliklə rastlaşmışam. Son Olimpiya Oyunları istisna deyil. Əlbəttə ki, biz səssiz qalmamalıyıq”, - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi